Vəzifəli şəxs 9 ağaca görə 5.6 il cəza aldı

img

18-07-2019 [11:32]


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Elçin Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, prosesdə hakim Zeynal Ağayev hökmü elan edib. 

Hökmə əsasən, E.Musayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, "Azəryaşlandşaft” ASC-nin Yaşıllıqların qorunması və mühafizəsi şöbəsinin mütəxəssisi olmuş Musayev Yasamal rayonunda – Dövlət Sosial Müdafiə Fondunun yaxınlığında yerləşən torpaq sahəsindəki 9 ağacın köçürülməsi adıyla həmin ərazinin sahibi Ramiz Cabbarlıdan 33 min manat pul alıb qaytarmayıb. O, pulu səlahiyyətli məmurlara rüşvət vermək adıyla aldığı üçün R.Cabbarlını rüşvət vermə əməlinə təhrik edib.

E.Musayev Cinayət Məcəlləsinin 178 (dələduzluq), 34.312-ci (rüşvət verməyə təhrik) maddələri ilə təqsirli bilinib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub