Agentlik rəhbəri öz şirkətini qalib elan edib - 337 minlik tender

img

18-07-2019 [11:12]


Azərbaycandaa dövlət qurumlarına rəhbərlik edən şəxslərin əsas qazanclarının məhz tenderlərdən əldə etdiyi sirr deyil.

Buna nail olmaq üçün isə bir qayda olaraaq nazirlər, komitə və agentlik rəhbərləri, icra başçıları yaxın adamlarının adlarına şirkətlər yaradır, qeyri-rəsmi olaraq həmin şirkətlərə rəhbərlik edir və bir qayda olaraq elan edilən tenderlərin qalibləri öz şirkətləri olur. Bu əksər halda belədir. 

"Yeni Sabah” xəbər verir ki, belə bir hal Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı da üzə çıxıb. 

Məlum olduğu kimi, agentliyin rəhbəri Qoşqar Təhməzli dövlət qurumuna rəhbərlik etməzdən əvvəl bizneslə məşğul olub. Amma bu fəlayyətin indi də davam etdiyi bbəlli olur. Onun dövlət rəsmisi olaraq büdcədən öz təsisçisi olduğu  şirkətə - yəni özünə pul qazandırmaq fəaliyyəti ilə bağlı maraqlı rəqəm açıqlanıb.

İqtisadçı araşdırmaçı Hafiz Babalı bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi "Medeks” MMC-dən son 7 ay ərzində 336,8 min manat dəyərində mallar (baytarlıq, fitosanitar və qida təhlükəsizliyi müfəttişləri üçün ləvazimatlar; laborator sərf materialları) satın alıb. Və bütün bunlar tender yolu ilə həyata keçirib.

Agentliyin sədri Qoşqar Təhməzli isə "Medeks” MMC-nin iki təsisçisindən biridir və o uzun illər bu şirkətin direktoru işləyib. Hətta o bir neçə il əvvəl şirkət rəhbəri olaraq "Ən yaxşı top-menecer” adına da layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR