Nazir müavinləri rayonlara gedir

18-07-2019 [10:58]
Sabah, saat 11:00-da İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Qusar şəhəri, Mirzə Vəliyev küçəsində yerləşən Heydər Əliyev Mərkəzində Qusar rayonundan olan vətəndaşları, digər nazir müavini Sahib Məmmədov isə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində Xaçmaz rayonundan olan vətəndaşları qəbul edəcək.

Mia.az nazirliyə istinadla xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün [email protected] elektron poçt ünvanı, (012) 493-14-56, (012) 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Quba-Xaçmaz regional bölməsi (əlaqələndirici şəxs Mətləb Cəfərov, əlaqə telefonu: (023) 326-83-16, (050) 235-01-50, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.


SON XƏBƏRLƏR