“Azercell Telekom” MMC “tech.liga.net”in xəbəri ilə bağlı açıqlama yaydı

img

18-07-2019 [00:34]


17 İyul 2019-cu il tarixində "tech.liga.net” saytında və bəzi başqa saytlarda yerləşdirilən "Большие деньги. Компания из Баку приценивается к Vodafone Ukraine” https://tech.liga.net/telecom/article/bolshie-dengi-kompaniya-iz-baku-pritsenivaetsya-k-vodafone-ukraine - başlıqlı yazıya "Azercell Telekom” MMC-dən rəsmi reaksiya verilib.

Şirkətdən Mia.az-a verilən məlumata görə, məqalədə qeyd edilən məlumatlar həqiqəti əks etdirmir və fərziyyələrə əsaslanaraq oxucularda yanlış fikir formalaşdırmaq cəhdindən başqa bir şey deyildir: 

"Həmçinin, peşəkar jurnalist etikasına uyğun olaraq, məqalə yerləşdirilməmişdən öncə məsələ ilə bağlı "Azercell Telekom” MMC-nin rəsmi mövqeyi soruşulmamış və heç bir dəqiqləşdirilmə aparılmamışdır. Yuxarıda sadalanan məqamları nəzərə alaraq, oxucuları bu növ xəbərlərdə qeyd edilən məlumatlara inanmamağa səsləyirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR