"Bir az səbrli olmalıyıq" - Qurban Qurbanov

17-07-2019 [23:53]
"İlk oyuna görə ünvanımıza tənqidə rast gəlməmişəm. Oyunlar zamanı futbolçuların hazırlıq səviyyəsi bəzən fərqli olur. Yığmada olanlar və legionerlər bizə gec qoşuldular. Oyundan-oyuna forma yığırlar. Bir az səbrli olmalıyıq. Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox səbrli oynadılar, lazım olan məqamda hücum etməyi bacardılar. Maraqlı matç oldu".

Mia.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Albaniyanın "Partizani" komandasını 2:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

O, II təsnifat mərhələsində İrlandiyanın "Dundalk" komandası ilə qarşılaşmadan da söz açıb. Deyib ki, rəqibi daha yaxından tanıyandan sonra fikir bildirmək düzgün olar: "Səfər yorğunluğu olacaq. Çalışacağıq ki, yaxşı hazırlaşaq".


SON XƏBƏRLƏR