“AMEA-nın professoru” seçilən alimlərin adları açıqlanıb - SİYAHI

img

17-07-2019 [18:13]


"AMEA-nın professoru” adını almaq üçün elan olunan müsabiqədə ölkənin elmi və ali təhsil müəssisələrindən 24 elmlər doktoru iştirak edib. 

Mia.az "Report"a istinadla xəbər verir ki, onların arasından namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib və gizli səsvermə yolu ilə seçilən namizədlər AMEA Rəyasət Heyətinə təqdim edilib.

Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə bu gün keçirilən seçkinin nəticələrinə əsasən aşağıda qeyd olunan alimlər "AMEA-nın professoru” adına layiq görülüblər.

Soyadı, adı, atasının adıİxtisas
1Əliyev Rəşid Əvəzağa oğluRiyaziyyat
2Hacıbəyov Mübariz Qafarşah oğluRiyaziyyat
3Rzayev Rövnəq Mirzə oğluFizika
4Məmmədov İbrahim Qərib oğluÜzvi kimya
5Rəhimov Rəvan Abdullətif oğluNeft kimyası
6Babayev Qulam Rüstəm oğluGeofizika
7Baxşəliyeva Könül Fərrux qızıMikrobiologiya
8Yusif-zadə Kənan Rafael oğluCərrahlıq
9Şərifova Salidə Şəmməd qızıƏdəbiyyatşünaslıq
10Əliyeva Sevinc Novruz qızıDilçilik
11Orucova Səhər Hidayət qızıFolklorşünaslıq
12Paşayeva Qənirə Ələsgər qızıSiyasi elmlər
13Qənbərov Fuad Əlinağı oğluİqtisadiyyat

Digər xəbərlər
SON XƏBƏRLƏR