İctimai Birlik "Gəl, Gəz, Gör" layihəsini həyata keçirib - VİDEO, FOTO

17-07-2019 [17:38]
Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyi fəaliyyətdə olduğu müddətdə valideynlərinin birindən və ya hər ikisindən məhrum olmuş, yoxsul ailələrdən olan uşaqların sosial mədəni problemlərinin həllinə yardımçı olub.

Birlikdən Mia.az-a daxil olan məlumata görə, Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyi həm də ölkəmizin iqtisadiyyatının güclənməsi istiqamətində turizmin inkşafına dəstək məqsədilə də Azərbaycan Respublikası Prezidenti yanında QHT lərə dəstək Dövlət Şurasının maliyyə yardımı ilə üç ay davam edən "GƏL,GƏZ,GÖR” videotur lahiyyəsinə 01.05.2019-cu il tarixdən start verib. 

Lahiyyənin büdcəsi yetərincə olmasa da, İçtimai Birliyin komandası (könüllərlə birlikdə) ölmizdə ilk dəfə hələ analıqı olmayan lahiyyə həyata keçirib. 

Lahiyyə ilə çox və az büdcə ilə istirahət etməyin yollarını yerli və xarici turislərin diqqətinə çatdıraraq, həm insanların asudə vaxtlarını iqlimi, mətbəxi,tarixi zəngin olan ölkəmizdə səmərəli istirahət etmələrini aşılamaq həm də ölkəmizin büdcəsinə maddi töhvə verməkdir.

Lahiyyənin icrası üç rayon –Quba, İsmayıllı –Lahıc, Şəki rayonlarına aid olub.

Lahyyənin məzmunu iki gəncin (qız və oğlan) püşk yolu ilə hansı büdcə ilə istirahətlərini müəyyənləşdikdən sonra istirahətləri başlayır. Gənclər büdcələrindən asılı olaraq seçilmiş rayonun tarixi, mətbəxi, adət ənələri, otel və ev kirayəsi, xidmətlər və qidalanmaları ilə gələcək turistləri öncədən məlumatlandırır. Və turistlərin ölkəmizin gözəl guşələrində dincəlmələrinə maraq yaradır. Lahiyə maraqlı oyun formatında dialoqlarla video lentə alınıb

 Məlumatlar və fotoşəkillər olmaqla turistləri cəlb etmək üçün üç rayon üzrə 1500 (bir min beş yüz fleyrlərdə hazırlanıb paylanılıb və paylanılacaq. Lahiyyənin video-tur görüntüləri sosial şəbəkələrdə nümayiş etdirilib.

Lahiyyənin təqdimatı 16.07.2019-cu il tarixdə GREEN PLAZA da keçirilmişdir. Təqdimatda Turizm şirkətlərinin və mətbuat nümayəndələri iştirak etmişlər. İştirak edən nümayəndələrə "GƏL, GƏZ, GÖR” lahiyyəsinin vidioturu nümayiş olunmuş və lahiyyə haqqında geniş məlumat verilmişdir.

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyi "GƏL,GƏZ,GÖR” vidiotur lahiyyəsini həyata keçirməyimiz üçün maliyyə dəstəyi olan və digər şəraiti yaradan ilk öncə Prezident İlham Əliyevə, QHT-lərə Dövlət Dəstəyi Şürasının prezidenti Azay Quliyevə, Quba, İsmayıllı və  Şəki rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.




SON XƏBƏRLƏR