3 türk diplomatı güllələndi - İraqda restorana silahlı hücum oldu

17-07-2019 [16:35]
Türkiyənin 3 diplomatı İraqda - kürdlərin sıx yaşadığı Ərbil şəhərində öldürülüb.

Mia.az NTV-yə istinadla xəbər verir ki, Ərbildə Türkiyə konsulluğunun əməkdaşları olan restorana naməlum şəxslər silahlı basqın edib.

Nəticədə öldürülənlər arasında 3 türk diplomatı da olub.

Məlumata görə, hadisə nəticəsində yaralananlar da var. 



SON XƏBƏRLƏR