"Beşiktaş" "Fiorentina"nın futbolçusunu icarəyə götürüb

img

17-07-2019 [17:35]


Türkiyənin "Beşiktaş" klubu heyətinə yeni futbolçu cəlb edib.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Fiorentina" klubunun oyunçusu Vitor Uqonu 350 min avroya 1 illik icarəyə götürüb. 28 yaşlı braziliyalı mərkəz müdafiəçisinin illik maaşı 1,5 milyon avro olacaq.

Qeyd edək ki, sövdələşməyə əsasən, "Beşiktaş" Uqonu 5,5 milyon avroya birdəfəlik transfer edə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR