Bakıda qadını döyərək evi soyan dəstə üzvlərinə hökm oxunub

17-07-2019 [16:50]
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ələddin Muradov, Orxan Məmmədov və Şamxal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə Ələddin Muradov 13 il 6 ay, Orxan Məmmədov 13 il, Şamxal Həsənov isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Binəqədi rayonunda baş verib. Belə ki, dəstə üzvləri Dilarə Əhmədovanın evinə basqın edərək ona fiziki güc tətbiq etməklə bədən xəsarətləri yetiriblər. Onlar mənzildən, əsasən, qızıl-zinət əşyaları olmaqla, ümumilikdə, 11 min 376 manatlıq oğurluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsə xəsarət yetirməklə) maddəsi ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR