Gürcüstanda saxlanılan etirazçıların sayı 11-ə çatıb

17-07-2019 [15:17]
Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20-21-də baş verən hadisələrlə bağlı daha üç etirazçı saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.

Saxlanılan şəxslər kütləvi zorakılıqda iştirakda və müxtəlif əşyalardan istifadə etməklə polisə hücumda təqsirli bilinirlər.

Qeyd edək ki, bu günə qədər eyni maddə üzrə 8 etirazçı saxlanılıb.


SON XƏBƏRLƏR