Azərbaycanın muzey mütəxəssisləri Tbilisidə regional təlimdə iştirak edirlər

17-07-2019 [14:35]
Gürcüstanın paytaxtı Tbilisidə Cənubi Qafqaz ölkələrinin muzeyləri üçün "Böhran vəziyyətlərdə mədəni irsin mühafizəsi” mövzusunda IX regional təlim başlayıb.

"Report”un yerli bürosu xəbər verir ki, tədbiri Beynəlxalq Muzeylər Şurası (ICOM) və Gürcüstanın Milli Muzeyi birgə təşkil edib.

Təlimdə təbii fəlakətlər və münaqişələr zamanı mədəni irsin qorunması üzrə əsas prinsip və strategiyalar və bu sahədə dünya təcrübəsi müzakirə olunacaq.

Təlim iştirakçıları üçün ICOM-un Fəlakət Risklərinin İdarə Olunması Komitəsinin rəhbəri Korin Vegener (Corine Wegener) mühazirə keçirəcək.

Azərbaycanı tədbirdə Xalça Muzeyinin inkişafı üzrə baş mütəxəssisi Aynur Məmmədova, Milli Azərbaycan Tarix Muzeyinin Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova və İçərişəhər Muzey Mərkəzinin Beynəlxalq şöbəsinin baş mütəxəssisi Yusif Abdullayev təmsil edirlər.

Regional təlim iyulun 20-dək davam edəcək.


SON XƏBƏRLƏR