Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı

img

17-07-2019 [12:45]


Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019-cu il iyulun 14-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.

Mia.az DİM-ə istinadla xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlər imtahan nəticələri və "cavab kartı”nın qrafik təsviri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28 nəfər imtahanda iştirak etməmişdir. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR