"KapitalBank"ın "BirKart" oyunu: hesaba ödənilən pul əskik çıxdı, 4 və 8 gün sonra verilən cavab isə... - Fakt

img

16-07-2019 [23:59]


"Bir müddətdir ki, sosial şəbəkədə "Kapital Bank" haqqında şikayətləri oxuyuram. Həddindən çoxdur. Əsas məqam isə şikayətlərə reaksiya verməmələridir".

Mia.az xəbər verir ki, bu sözləri PR və marketinq üzrə mütəxəssis Nəsimi Paşayev deyib.

O bildirib ki, bir neçə aydır "BirKart" istifadə edir: "Borcumu ödəyəndə, gördüm karta əksik oturub. İstədim səbəbini soruşam, peşman oldum. Messencerə yazdım, çata yazdım. Yenə çata cavab verib, sual-sual oynadıq. Yəni niyəsini demədilər. Messencerdə oturanlar isə biabırçıdılar".

Nəsimi Paşayev bildirib ki, 4 iyulda yazdığım suala 8 iyulda, eyni gün yazdığım suala isə 16 iyulda cavab verilib: "O da cavab deyil. Həm də axşam saat 20:24-də. Çalışacam bir günümü də filialda keçirim. Çünki o qədər sıra olur ki, bir günə ancaq cavab ala bilirsən".

Məsələ ilə bağlı açıqlama verən "Kapitalbank"dan baş verənlərə təəssüfləndikləri bildirilib. Qeyd olunub ki, müvafiq tədbir görüləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR