Ağdamda həyətində çətənə kolu becərən şəxs tutuldu

16-07-2019 [19:24]
Ağdam rayonunda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə,  Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən İmamqulubəyli qəsəbə sakini Azər Allahverdiyev saxlanılıb. 

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi ümumi çəkisi 8 kiloqram 870 qram olan 28 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR