"Biz də çalışacağıq ki, həddindən artıq diqqətli olaq" - Qurban Qurbanov

16-07-2019 [18:49]
"Bu cür rəqiblərə qarşı oynamışıq. Rəqib düşərgənin açıqlamalarından da görünür ki, istəklidirlər. Biz də çalışacağıq ki, həddindən artıq diqqətli olaq. Təcrübəmiz var. Bəzən xeyli uğur əldə edəndən sonra hansısa turnirdə mənfi nəticə olur. Sabah təcrübə və səbrin bizə faydası olmalıdır. Son illərdə bir stadionda oynaya bilmirik. Bu barədə danışmaq istəməzdim. Bu amil bizə mənfi təsir göstərir. Bizim üçün ən uyğun arena Tofiq Bəhramov adına Respublika Stadionudur. Ancaq istənilən meydanda oynamalıyıq".

Mia.az xəbər verir ki, bu sözləri  "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Albaniyanın "Partizani" komandası ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu ərəfəsində deyib.

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu saat 21:00-da başlanacaq. Bu komandalar arasında Tiranada baş tutan ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.


SON XƏBƏRLƏR