Türkiyədən açıqlama: "Qaçırılan gəmidə 18 nəfər var"

16-07-2019 [18:18]

Türkiyə bayrağı altında üzən "Paksoy-I" karqo gəmisinə dünən axşam saatlarında Nigeriya sahillərinə yaxın bölgədə silahlı hücum olub.

Hadisə nəticəsində 18 heyət üzvündən onu girov götürülüb.

Mia.az xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik açıqlama verib.

O bildirib ki, Xarici İşlər Nazirliyi və kəşfiyyat orqanları girovların qaytarılması istiqamətində fəaliyyətə başlayıb.

Xatırladaq ki, bundan əvvəl oğurlanan gəmidə 10 nəfərin olduğu açıqlanmışdı.



SON XƏBƏRLƏR