Merkelin səhhəti kritikləşir: o, baş nazirlə birgə himni ayaqüstə qarşılaya bilmədi + FOTO

16-07-2019 [16:00]
Almaniya kansleri Angela Merkel baş naziri ayaq üstə qarşılaya bilməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Merkel Moldovanın baş naziri Maya Sandu ilə görüşdə səhhətində son aylar yaranan əsməcəyə görə  himni də ayaq üstə dinləməyib. 

O, oturaq vəziyyətdə fəxri qaravlun qarşında dayanıb.

Xatırladaq ki, bundan əvvəl Danimarkanın baş naziri Mette Frederiksenlə görüşdə də eyni hal yaşanıb. Bu, Merkelin səhhətində yaranan və hələlik səbəbi açıqlanmayan əsməcə ilə əlaqələndirilir.

Mia.az


SON XƏBƏRLƏR