Rəsmi Ankara AB-yə meydan oxudu: "4-cü gəmini də göndərəcəyik"

img

16-07-2019 [14:09]


"Aralıq dənizində qaz axtarışı ilə məşğul olan 3 gəmimiz var, buradan deyirəm, 4-cü gəmini də göndərəcəyik".

Mia.az NTV-yə istinadla xəbər verir ki, bu sözləri Avropa Birliyinin (AB) Türkiyəyə sanksiya tətbiq edəcəyi barədə bəyanatına cavab olaraq,  Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, AB-nin Türkiyəyə sanksiya tətbiq etməsinin heç bir təsiri olmayacaq: "Zatən, bunun tətbiq edilmə mexanizmi də yoxdur. Bununla Türkiyənin geri çəkilməsini düşünənlər yanılır. Buradan deyirəm,  Aralıq dənizində qaz axtarışı ilə məşğul olan 3 gəmimiz var, 4-cü gəmini də göndərəcəyik. Ta o vaxta qədər ki, orada Kipr türklərinin də təməl haqları bərpa ediləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR