Nazirlik Şəki Xan Sarayının həyətində yaralananların vəziyyəti ilə bağlı açıqlama yaydı

img

16-07-2019 [13:00]


Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində baş verən bədbəxt hadisədə yaralananların vəziyyəti ilə bağlı açıqlama yayıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir: "1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır".

Xatırladaq ki, hadisədə yaralananlardan biri dünən vəfat edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR