Assanj ölüm hökmü olan ölkələrə təhvil verilməyəcək

16-07-2019 [12:35]

"WikiLeaks" təşkilatının yaradıcısı Culian Assanj ölüm hökmü cəzası olan heç bir ölkəyə təhvil verilməyəcək".

TASS xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər nazirinin müavini Alan Dankan Ekvadorun xarici işlər naziri Xose Valensiya ilə Kitoda keçirilən görüşün ardından təşkil edilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkələr arasında bununla bağlı razılaşma əldə olunub.

Qeyd edək ki, Ekvadorun Londondakı səfirliyinə sığınan C.Assanj ABŞ-ın sorğusu ilə aprelin 11-də Londonda polis tərəfindən saxlanılıb. London məhkəməsi onu girov müqabilində azadlığa çıxma şərtlərini pozmaqda günahkar bilərək 50 həftə müddətinə azadlıqdan məhrum edib. ABŞ rəsmiləri casusluq və məxfi məlumatların yayılmasına dair qanunun 17 epizod üzrə pozulması ilə əlaqədar mayın sonunda Assanja qarşı yeni ittihamlar irəli sürdüklərini bildiriblər/Report.



SON XƏBƏRLƏR