Sabah Ay tutulması baş verəcək

16-07-2019 [12:04]
Sabah ilin ikinci Ay tutulması (qismən) baş verəcək.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Mia.az-a verilən məlumata görə, proses iyulun 17-də saat 00:03-də başlayacaq və saat 01:31-də maksimum həddə olacaq. 

Təbiət hadisəsi saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. 

Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.

Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib. 


SON XƏBƏRLƏR