Müəllimlərin işə qəbul prosesində mənfi və müsbət hallar...

img

16-07-2019 [10:28]


Saleh Məmmədov,

Professor, sabiq maliyyə naziri

***

Dünən Təhsil Nazirliyinin (TN) dəvəti ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahan prosesində müşahidəçi qismində iştirak etdim. 

Bu vacib işdə şəffaflığı təmin etdiyinə görə TN-nin rəhbərliyinə təşəkkür edirəm. 

Müşahidələrim imtahan prosesinin iki müsbət və iki mənfi cəhətini müəyyən etməyə imkan verdi:

MÜSBƏT cəhətlər

1. İmtahan özü kompyüterlərdə aparılırdı, bu hazırkı Azərbaycan üçün çox vacibdi və mütərəqqi addımdı. İnternet virtual dünyadı, buna çıxış imkanı universitetlərin ən böyüyüdü, internetdən istifadə etmək bacarığı ən ali təhsildi. Hazırda Azərbaycan təhsil sistemində, hətta univetsitetlərdə professor - müəllim heyyətinin (mənim müşahidələrimə görə) yarısına yaxını kompyütetdən istifadə edə bilmir, hətta rəhbərlikdə də belələri az deyil. Mənim fikirimcə, kompyüterdən və intetnetdən istifadə edə bilməyən hər hansı mütəxəssis müasir şəraitdə heç bir sahədə ciddi uğur qazana bilməz. Demək, bizim məktəblərdə yeni qəbul olunanlar arasında bir daha belələrinə rast gəlməyəcəyik. 

2. İmtahan yüksək səviyyədə təşkil olunmuşdu, müəllimlər biri digərinə mane ola bilməyəcək məsafədə idi, hər tərəfdən kamera müşahidəsində, sərbəst, hər bir müəllimə ayrıca kompyüter və təbii ki, media nümayəndələrinin də iştirakı ilə müşahidəçilərin dəvət olunması... Bu çox yaxşı, amma nə qədər obyektiv təşkil olunması, müəyyən neqativ halların ola biləcəyi ehtimalını və s müşahidəçi görə bilməz. 

Mənim gördüyüm MƏNFİ nəticələrdən biri də elə bundan ibarətdir:

1. Bu işlə dövlət və uyğun olaraq TH məşğul olmamamalıdı. Dünyanın hər yerində dövlət gördüyü işdə mütləq korrupsiya elementləri meydana çıxacaq, mən hələ dünya təcrübəsində istisna görmədim. Nə vaxt ki, dövlət bizneslə, təhsil, səhiyyə kimi xidmətlərə girişir, mütləq orada neqativ hallar, zəifləmə, nəticələrin düşməsi meylləri görsənir. Hansı ölkədə özəl sektor üstünlük təşkil edir, ora inkişaf etmiş ölkədir. Bəlkə də Azərbaycanda hələ belə şirkətlər formalaşmamış, amma dünyada bu istiqamətdə çox böyük, imicini qoruyan şirkətlər var, imtahanları tender əsasında belə şirkətlərə həvalə etmək daha səmərəli olardı. 

2. İmtahanlara hazırlığa daha çox diqqət yetirmək zəruridi. MİQ imtahanların keçirilməsi, müəllimlərin biliklərinin yoxlanlması çox yaxşıdı, amma bu insanları imtahana qədər yetişdirmək üçün dövlətin əlində böyük resurslar var, bu resursların sosial şəbəkələr vasitəsilə hərəkətə gətirilməsi, youtube-da video fond hazırlanması, FB vasitəsi ilə elm sahələri üzrə körkəmli alim və müəllimlərin iştirakı ilə onlayn hazırlıq kurslarının təşkili, təcrübəli müəllimlərin dərslərinin sosial şəbəkələr vasitəsilə canlı yayınla açıq efirə verilməsi hər kəs üçün çox faydalı olardı. 

Bir məsələni biz millət olaraq dərk etməliyik: 21-ci əsrdə təhsilsiz və elmsiz bir addım olsa belə irəli gedə bilməyəcəyik. Əgər insanların fiziki gücündə kənarlaşma amplitudası maksimum 1:3 nisbətindədirsə, zehni-elmi güc kənarlaşma amplitudası 1: 1 milyon və ya daha çox ola bilər. Əgər orta əsrlərdə fiziki güc hesabına başqa xalqlarla ayaqlaşa bilirdiksə, 21-ci əsrdə elmsiz nəhəng elmi güc qarşısında çox zəif düşə bilərik. 

Bir amerikalı Bill Qeytsin elmi şirkətinin aktivləri bütün Türk dövlətlərinin ümumi daxili məhsulundan çoxdur -bu yalnız elm-təhsil hesablna əldə olunmuş uğurdu. 

Dünya təcrübəsi açıq aydın göstərir: təhsil və elmdən başlamayan hər hansı islahat cəhdləri uğursuzluqla nəticələnib, bizim ölkəmizdə də islahatlar təhsil və elmdən başlamalıdı. Ölkənin bütün əsas resursları da bu işə yönəldilməlidi. 

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR