Polislə sərhədçilərdən birgə əməliyyat: 9 ton narkotik ələ keçirildi

img

16-07-2019 [10:12]


Zaqatalada rayonunda 9 ton narkotik bitki məhv edilib.

DİN-nin Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitən ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.

Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR