Mikayıl Cabbarov Qəbələdə vətəndaşları qəbul edəcək

img

15-07-2019 [16:25]


İyulun 19-da vergilər naziri Mikayıl Cabbarov Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İsmayıl bəy Qutqaşınlı küçəsi, 27) Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonları sakinlərini qəbul edəcək. 

Mia.az xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar iyulun 15-18-i tarixlərində Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinə, Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə İsmayıllı, Balakən və Qax rayonları vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR