"Gürcülər insdent törədib..." - DSX "Keşikçidağ"dakı hadisə bağlı məlumat yaydı

img

15-07-2019 [16:05]


Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi "Keşikçi dağ"da baş verən insidentlə bağlı açıqlama yayıb. 

Mia.az DSX-nə istinadla həmin məlumatı olduğu kimi təqdim edir:

"İyulun 14-də saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin "Keşikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib".


Digər xəbərlər
SON XƏBƏRLƏR