Əfqanıstanın Xələc kəndi bombalanıb, 35-dən çox dinc sakin ölüb

img

15-07-2019 [15:34]


Əfqanıstanın Uruzqan əyalətinin mərkəzi Qizab rayonunu xarici qoşunların bombalaması nəticəsində 35-dən çox dinc sakin ölüb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu yerli mcəlisin üzvü Qüdrətullah Rəhimi bildirib.

Onun sözlərinə görə, əyalətin Qizab rayonunun Xələc kəndi bombalanıb.

Bildirilib ki, ölənlər arasında "Taliban”ın yaşlı komandirlərindən biri Molla Nəsrulla da var. Məlumata görə, Qizab rayonuna, əsasən, "Taliban” nəzarət edir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR