"Mitsubishi", "Nissan", Broyler... - Bu dövlət əmlakları satışa çıxdı + Detallar

img

15-07-2019 [14:25]


Avqustun 14-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri keçiriləcək.

Mia.az Komitəyə istindala xəbər verir ki, bu dəfə özəlləşdirməyə 80 dövlət əmlakı çıxarılıb.

Məlumata görə, bunlardan 46-sı kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar cəmiyyəti, 9-u qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir:

"Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Bu dövlət obyektlərinin faydalı sahəsi 20 kv.m ilə 3 min 312 kv.m intervalındadır.

Müəssisələr arasında Sumqayıt, Balakən və Qaxda Əmlak kompleksləri, Şəkidə istirahət zonası, paytaxtla yanaşı, digər regionlarda ticarət və xidmət  sahəsi üzrə fəaliyyət göstərən dövlət əmlakları var. Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən  5-i Bakıda, 4-ü isə Sumqayıtda yerləşir.

Səhmdar cəmiyyətlərinin hərraca çıxarılan səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir. Dövlət əmlakları Bakı, Ağcabədi, Yevlax, Şirvan kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar "Xaçmaz Mexanizasiya Nəqliyyat”, "Neftçala Ət”, "Şıxlar broyler” kimi səhmdar cəmiyyətləri üzrə seçim edə bilər.

"Mitsubishi", Fiat və "Nissan" markalarından olan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1997-2007-ci illərdir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiyməti isə 3 min manat ilə 4 min 200 manat arasındadır".


Digər xəbərlər
SON XƏBƏRLƏR