Bakıda xəstəxanada müalicə olunan gənc oğlan intihar edib

15-07-2019 [13:58]
Bakıda psixiatriya xəstəxanasında müalicə olunan 29 yaşlı kişi intihar edib.

Hadisə Səhiyyə Nazirliyinin Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında qeydə alınıb.

Orada müalicə olunan Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Həsənov özünü palatanın pəncərəsinin dəmir barmaqlıqlarından asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır/Report.


SON XƏBƏRLƏR