"15 iyul hadisələrindən sonra Türkiyə daha da gücləndi" - Əhliman Əmiraslanov

img

15-07-2019 [12:07]


"2016-cı ilin iyulun 15-də Türkiyə əzmkarlıq göstərdi. Dünyaya sübut edildi ki, Türkiyəni sarsıtmaq olmaz. Azərbaycan da bu məsələdə Türkiyəni dəstəklədi. Prezident İlham Əliyev bu hadisəyə dərhal reaksiya verdi".

"Report"un xəbərinə görə, bunu Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 3-cü ildönümünə həsr edilən "Demokratiya zəfəri" adlı tədbirdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

O vurğulayıb ki, 15 iyul hadisələrindən sonra Türkiyə daha da gücləndi: "Azərbaycan-Türkiyə əlaqələri bütün sahələr üzrə inkişaf edir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri çoxsaylı tədbirlərdə iştirak edir. İki ölkə aarasında münasibətlər parlament səviyyəsində də uğurla inkişaf edib. Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır. Ulu öndər Heydər Əliyev deyib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. 15 iyul hadisələri zamanı şəhid olan insanları hörmətlə anırıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR