Nazirlik Şəkidə xəsarət alan yaralılarla bağlı son məlumatı yaydı

img

15-07-2019 [10:01]


Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsi davam edən Xatirə Ağamalıyevanın vəziyyəti ağırdır. O, sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok alıb

Onurğanın qapalı travması xəsarəti alan digər yaralı Elxan Məmmədovun vəziyyəti isə orta-ağırdır.

Bundan əlavə, 1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR