Agentlikdən Şəkidə baş verən hadisə ilə bağlı açıqlama: "Həm yerli, həm də xarici vətəndaşlar yaralanıb"

img

14-07-2019 [14:47]


"Bu gün saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısında çinar ağacının budağı yerə düşərək insanlara xəsarət yetirib. Xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var".

Mia.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, hadisə ilə bağlı 19 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: "Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Paytaxtdan xəstəxanaya yerləşdirilən 2 şəxsə görə yüksək ixtisaslı mütəxəsislər çağırılıb.

Hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisə baş verən andan Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə doğru yola çıxıb.

Cəmiyyəti daha dəqiq məlumatlandırmaq məqsədilə az sonra hüquq-mühafizə orqanları ilə birgə ətraflı bəyanatın yayımlanması planlaşdırılır".

Digər xəbərlər
SON XƏBƏRLƏR