Goranboyda olay: polis ona müqavimət göstərən şəxsi yaraladı, güllələnənin qardaşı isə...

img

13-07-2019 [11:02]


Goranboyda baş verən silahlı insidentin təfərrüatları məlum olub. 

Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, ötən gün saat 22:30 radələrində Goran qəsəsbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. 

Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən Lətif Əmrahov polis əməkdaşı ilə mübahisə edib, onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb. Silahdan açılan güllə L.Əmrahova dəyərək onu yaralayıb. Bunu görən L.Əmrahovun qardaşı Təbriz Əmrahov polis əməkdaşının əlindən silahı alaraq onu güllələmək istəyib. Silahdan atəş açılmadığını görən T.Əmrahov tapançanın qundağı ilə polis əməkdaşının baş nahiyəsinə zərbələr endirib. 

Hadisə yerinə dərhal Goranboy rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Hadisə iştirakçılarının hamısı saxlanılıb. Xəsarət alan polis əməkdaşı V.Kərimov və L.Əmrahov xəstəxanaya yerləşdiriliblər. 

Hər iki şəxsin xəstəxanada polis nəzarəti altında müalicəsi davam edir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR