Güclü külək və yağış qərb bölgəsində bir sıra fəsadlar törədib

img

12-07-2019 [19:21]


Güclü külək və yağış qərb bölgəsində bir sıra fəsadlar törədib.

Mia.az "Report"a istinadla bildirir ki, Gəncə şəhərində günorta saatlarından başlayaraq əsən güclü külək şəhər ərazisində bir neçə iri gövdəli ağacları aşırıb.

Ağaclardan bəziləri yaxınlıqdakı avtomobillərin üzərinə düşüb. Xəsarət alan olmasa da, nəqliyyat vasitələtinə ciddi ziyan dəyib. Şəhərin Heydər Əliyev prospektində "Mercedes" markalı avtomobilin üzərinə ağacın aşması nəticəsində yolda bir müddət nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. 

Eyni zamanda güclü külək Şəmkir, Ağstafa rayonlarında da müşahidə olunub. Elektirik dirəklərinin aşması səbəbindən Tovuz rayonunun bəzi ərazilərində elektirik enerjisinin verilməsində fasilələr yaranıb. 

Gədəbəy rayonuna isə dolu düşüb. Nəticədə meyvə ağaclarına və əkin sahələrinə ziyan dəyib.

Qeyd edək ki, bölgədə küləkli və yağıntılı hava şəraiti davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR