12-07-2019 [17:37]
İyulun 12-də Daxili İşlər Nazirliyində 2019-cu ilin 6 ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Mia.az DİN-ə istinadla xəbər verir ki, iclası giriş sözü ilə açan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü ərəfəsində bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsini daxili işlər orqanlarına yüksək etimadın növbəti əyani ifadəsi olduğunu vurğulayıb.
Cari ilin birinci yarısında respublikada cinayətkarlıqla mübarizənin və ictimai təhlükəsizliyin təmin olunmasının vəziyyətindən danışan cənab nazir bu sahədə əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin bir çox istiqamətlər üzrə inkişaf etdiyini, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunduğunu, kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər orqanlarının qarşısında duran vəzifələrin bütövlükdə yerinə yetirildiyini bildirib.
Sonra geniş məruzə ilə çıxış edən nazir V.Eyvazov hesabat dövründə daxili işlər və prokurorluq orqanları üzrə 12411 cinayətin qeydə alındığını, bu cinayətlərin 88,5 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlərin təşkil etdiyini qeyd edib. Qəsdən adam öldürməyə cəhd cinayətlərinin 12,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların 4,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin 8,1 faiz, xuliqanlıqların 25,1 faiz, ictimai yerlərdə baş vermiş cinayətlərin 35 faiz azaldığını, həmçinin cinayətlərin acılmasının yüksək olmaqla 83,1 faiz təşkil etdiyini, məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1852 təqsirləndirilən şəxsin tutulduğunu vurğulayıb. Bildirib ki, ötən ilin 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə ağır və xüsusilə ağır, şəxsiyyət əleyhinə olan, onlardan qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, dələduzluqların, soyğunçuluqların açılması xeyli yaxşılaşıb, keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib.
Məruzəçi ötən 6 ayda mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, qeyri-leqal dövriyyədən bütövlükdə 810 kiloqram narkotik vasitənin çıxarıldığını və 74 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edildiyini vurğulayıb.
Bununla yanaşı, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin cari ilin birinci yarısında da yerinə yetirildiyini nəzərə çatdıran nazir V.Eyvazov Nazirliyin rəhbərliyi tərəfindən 2749, o cümlədən respublikanın ayrı-ayrı şəhər və rayonlarında 680 vətəndaşın qəbulunun həyata keçirildiyini, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyətinin öz müsbət həllini tapdığını qeyd edib.
Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov və digərləri görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsanlar və onların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlər barədə məlumat veriblər.
İclasa yekun vuran nazir Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiklərini, eləcə də digər hüquq mühafizə orqanları ilə birlikdə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin uğurla davam etdirildiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini qeyd edən Daxili İşlər naziri ölkə başçısının ali etimadının şəxsi heyətin üzərinə böyük məsuliyyət qoyduğunu, bu etmadı doğrultmaq üçün ilk növbədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsini, hər bir struktur qurumda vətəndaş məmnunluğuna, insanlarla münasibətdə etik davranış qaydalarına ciddi əməl olunmasını, şəxsi heyətin peşəkarlığını artırmasını, yüksək mənəvi keyfiyyətlərə malik olmasını, bu istiqamətlərdə fəaliyyətin məqsədyönlü surətdə davam etdirilməsini tələb edib.
Ümumən, daxili işlər orqanlarının şəxsi heyətinin digər dövlət strukturları ilə sıx qarşılıqlı əlaqədə ölkədə həyata keçirilən asayişi mühafizə siyasətinin reallaşdırılmasına həmişə layiqli töhfələr verdiyini xatırladan Daxili İşlər naziri V.Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi bütün şəxsi heyət adından əmin edib ki, bu iş gələcəkdə də böyük əzmlə davam etdiriləcək, aidiyyəti qanunvericilik aktlarından irəli gələn vəzifələr, qarşıya qoyulmuş bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək. Əməkdaşlar və hərbi qulluqçular sabitliyin, əmin-amanlığın, dövlətin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək, 2019-cu ili də yüksək göstəricilərlə başa vuracaqlar.
Sonra Azərbaycan Polisinin 101 illik yubileyi münasibətilə təltif olunmuş bir qrup polis əməkdaşına dövlət mükafatlarının təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib.
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb