Sumqayıtın zülmətə qərq olan, gecələr it ulayan dəmir yolu vağzalı...

12-07-2019 [15:45]
Sumqayıt icra hakimiyyətinin rəsmiləri  Sumqayıtda guya turizmin inkişaf edilməsindən, bunun üçün tədbirlər görülməsini  bəyan edir,amma təkcə Baş Sumqayıt sərnişin stansiyasının vəziyyətinə baxanda bunların həqiqətə uyğun olmaması üzə çıxır. 

Mia.az xəbər verir ki, "Stansiya Sumqayıt” qəsəbəsində yerləşən Baş Sumqayıt dəmir yolu stansiyasına  Sumqayıtdan  15 dəqiqəlik yol-6-7 km məsafə var, amma bura yaddan çıxmış, gözdən və könüldən kənarda qalmış vağzala oxşayır. Hətta ucqar rayonların dəmiryol vağzalları belə bu stansiyadan dəfələrlə yaxşıdır Halbuki məhz bu stansiyadan Rusiya,Ukrayna istiqamətində gedən  sərnişin və yük qatarları işləyir.

Ümumiyyətlə, son vaxtlar Sumqayıt şəhərində  müəyyən abadlıq işləri aparılsa da, onun ətrafında  yerləşən ,10 mindən çox əhalisi olan və köhnə yaşayış massivlərindən olan  Stansiya Sumqayıt bu işlərdən  bir çox ətraf yerlər kimi  kənarda qalıb.

Bu qəsəbə əsasən ərazidən adından da göründüyü kimi dəmiryol xəttinin  keçməsi ilə tanınır. Qeyd etmək lazımdır ki, Stansiya Sumqayıt yaşayış massivinin özünün də vəziyyəti bərbaddır, burada  yollar, asfalt 20 ildən bir  salınır, tez-tez də sıradan çıxır. Burada sosial problemlər bitib-tükənmir. Amma bu başqa mövzunun söhbətidir.

 Rusiyaya, Ukraynaya  gedən və gələn sumqayıtlılar  bu yaxın olduğundan bu stansiyaya bilet alırlar və buradan keşən  qatarlar  bu stansiyada sərnişənlər üçün 3-5 dəqiqə dayanır.Həmin qatarlar gələndə də,gedəndə də bir qayda olaraq bu stansiyada gecə vaxtı dayanır. 

Təbii ki, gecə vaxtı  bura heç  bir marşrut avtobusu işləmir və bu dayanacaqda düşənlər məcbur olub taksi tutmalıdırlar. Ən dəhşətlisi isə işıqlandırma sistemi olmadığından  burada gecə vaxtı vağzalın zülmət qaranlığa qərq  olmasıdır. Gecə vaxtı vahiməli yerə çevrilən bu stansiyaya Sumqayıtdan gəlmək də nabələd adam üçün çox çətindir. Yolda bu stansiyaya aparan və ümumiyyətlə burada yaşayış massivinin ,sərnişin stansiyasının olduğunu göstərən yol nişanı və ya məlumat –filan yoxdur.

Bəlkə də haradasa var,amma olsa da  gecə vaxtı görsənmir.Tanımayan  və  qatara minən adamı yola salan mütləq naviqator proqramının köməyindən istifadə etmək məcburiyyətində qalır.Bu səbəblərdən qonşu ölkələrdən gələn, gedən  Və Sumqayıtdan qatara minən-düşən sərnişinlərin ,turistlərin çoxu bu yaxın olmasına,  vaxt və pul, itkisi,əziyyət olmasına baxmayaraq. Bakı Dəmiryol vağzalına getməyi məqsədəuyğun sayırlar. Çünki Bakı vağzalında Baş Sumqayıt stansiyasından fərqli olaraq  müasir standartlara cavab verən rahat vağzaldır. Gecə vaxtı bu stansiyada taksilər istədiyi qiyməti(10-20 manat) deyirlər və gələn də əgər qabağına tanışın maşını çıxmırsa bu pulu  verməyə məcburdur.

Bu stansiyadan həmçinin  Bakı-Yalama-Bakı elektrik qatarı da keçir.

Keçən əsrin ortalarında ,sovet dövrü tikilən bu  dəmir yolu vağzalı nənInki   müasir ,heç köhnə standartlara da cavab vermir.

Gecə vaxtı itlər ulaşan  stansiyada düşən turistin gözü qabağında  açılan  vahiməli, təhlükəli mənzərə hansı  yaxşı təəsürat oyada  bilər, bunu təsəvvür etmək çətin deyil.

Hər bir şəhərin giriş qapısı sayılan və bir növ, vizit kartı olan vağzalların vəziyyətinə uyğun olaraq, şəhərin hansı səviyyədə olması haqda mühakimə yürütmək olur. Stansiya Sumqayıt qəsəbəsindəki sərnişin stansiyası elə bərbad gündədir ki, burda düşən turistlər heç də yaxşı fikirdə olmaz şəhər haqda. Bu stanasiyada heç bir turist taksi-filan olmasa, ürək edib düşməz.

Buradakı vağzal  sərnişin stansiyasından çox dağılmış  və bərpaya ehtiyacı olan tarixi abidəyə oxşayır.

Vağzalda  məlumatverici-göstərici nişan,qatarların gediş-gəlişi haqda adicə məlumat löhvəsi  belə yoxdur. Hətta  ehtiyatını tutaraq, gecikməmək üçün bir-iki saat əvvəl gəlmiş sərnişənlər ,yola salanlar, sürücülər üçün adicə oturacaq, ayaqyolu  belə gözə dəymir.

Stansiyada səhv etmirəmsə gözləmə zalı, nə də  təbii ki,elektron monitor-zad  yoxdur. Sanki elə bil əhəmiyyətli vağzal elə belə olmalıdır. Yalnız qatar gələn və ya gedən zaman haradansa mikrafondan gözəgörünməz adamın səsi gəlir ki, filan nömrəli qatar hansısa palatformada dayanacaq. Çox zaman bu məlumat belə dəqiq olmur.

Bundan başqa vağzalda gecə vaxtı nə aptek, nə bir dükan işləyir.Bir sözlə bu stansiyada sərnişinlərə xidmət 0 səviyyəsindədir. Sərnişinlərə bu qədər əziyyət verməyin 21-əsrdə adı nədir?! Halbuki Sumqayıt ölkənin 3-cü böyük şəhəridir və bu Sumqayıt kimi şəhərin belə dəmiryolu vağzalının olması biabırçı haldır və təəssüf doğurur. Elə  Sumqayıtın  Hacı Zeynalabdin dəmiryol stansiyası da Baş Sumqayıt dəmir yolu stansiyası kimi acınacaqlı, pis gündədir.

Tez-tez eşitmək olur ki,  "Azərbaycan Dəmir Yolları” QSC  milyonluq layihələrə imza atır, bu quruma milyonlarla pul ayrılır dövlət tərəfindən filan-filan işlər görür, Azərbaycanın dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf edir və sairə.

Bəs görəsən, "Azərbaycan Dəmir Yolları” QSC   və Sumqayıt İcra Hakimiyyəti Baş Sumqayıt dəmir yolu stansiyasına niyə bir əncam çəkmir?!

Əvvəllər Moskva, Kiyev istiqamətində gedən qatarlar Sumqayıt ərazisindən 80-ci illərin sonlarında tikilən, 12-ci mikrorayondakı Sumqayıt Dəmiryol Vağzalından hərəkət edirdi və 90-cı illərin əvvəllərinəcən bu davam edirdi. Sonradan  vağzalın izibati binasında qaçqınlar məskunlaşmışdı. Artıq neçə illərdir ki, beynəlxalq istiqamətdə qatarlar obyektiv səbəblərdən  Baş Sumqayıt stansiyasından getməyə başlayıb.

2015-ci ildə stansiyada yaşayan 40 məcburi köçkün ailə köçürüldü, ailənin hər birinə təxminən 30 min manat həcmində vəsait ayrıldı, vağzal isə yararsız halda olduğu üçün  yerli-dibli söküldü. Onun yerində üçmərtəbəli  yeni, 5,5 min kvadratmetlik dəmir yolu vağzal tikildi. Hətta 16 noyabr 2018-ci ildə prezidenti İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında da iştirak etmişdir.
 
Təzə binada binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzi açılacaq.Bir sözlə təzə dəmiryolu vağzalı müasir standartlara tam cavab verir və göz oxşayan bu vağzalda  hər bir şərait var.Amma bu boyda vağzalda demək olar ki,boşluqdur,onun imkanlarından tam istifaəd olunmur. Buradan yalnız Bakı-Sumqayıt sürət qatarı işləyir. Vağzalın içi isə bom-boşdur.S umqayıt sakinləri Ukraynaya, Rusiyaya gedən qatarların da buradan əvvəlkitək keçməsini istəyir. Çünki təzə vağzal şəhərin rahat yerindədir.Amma buradan keçən dəmir yolu xətti normal olmadığındanmı,yoxsa nə səbəbdənsə qatarlar  buradan yox,baxımsız və insanlar gediş-gəlişi üçün rahat olmayan yerdən keçir.
 
Bir sözlə bu stansiyanın təmirə yenilənməyə ehtiyacı var. Yaxşı olardı ki, həm "Stansiya Sumqayıt” qəsəbəsindəki stansiya təmir olunsun, həm də ən əsas qatarlar yeni vağzaldan keçsin. Və bu sərnişinlərin çox ürəyincə olardı.

Mia.az

 


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...