Rəsulzadəni təhqir edən deputat medal almasından danışmaq istəmədi

img

12-07-2019 [14:58]


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir qrup media, idmançılar, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlər medalla təltif olunub.

 Onların arasında  keçən il Rəsulzadəni təhqir edərək gündəmə gələn YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev də yer alıb. Bu, sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

"Yeni Sabah” onun məsələ ilə bağlı fikirlərini öyrənmək istəsə də, o, bu haqda danışmaq istəməyib:

"Bu məsələ ilə bağlı mən danışmaq istəmirəm. Bilirəm nə məqsədlə zəng etmisiniz. Mən cənab prezidentə təşəkkürümü bildirmişəm. Camaat mövzu tapmır, çalışırlar eyni məsələni danışsınlar. Bir də bu məsələyə qayıtmaq istəmirəm”.

Qeyd edək ki, sədrin mükafatlandırılması sosial şəbəkələrdə geniş müzakirə edilib. İstifadəçilər  "Hansı cümhuriyyətin medalını veriblər? Onun qəbul etmədiyi cümhuriyyətin?; "Rəsulzadəyə tarix qiymət verib, onun qiymət verməsinin önəmi yoxdur”; "Medaldan imtina edərdi də”; "Təbrik etmək istəmirəm, etməyəcəm də”  tənqidlər və hətta tipli fikirlər yazıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR