Ötən gün törədilən 23 cinayətin üstü “isti izlər”lə açılıb

12-07-2019 [14:37]

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 23 cinayətin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölmüş, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...