12-07-2019 [12:07]
"Qazaxlı Alik" kimi tanınan, Qarabağ müharibəsinin iştirakçısı Alik Muradovun oğlu Fuad Muradov Qazaxdan olan Qarabağ qazilərini təhqir edib.
Demokrat.az xəbər verir ki, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin üzvlərinin, Qarabağ Qazilərin toplaşdığı "Qazilər çay ocağı"na gələnləri "narkoman" və "qumarbaz" adlandırıb. Sosial şəbəkələrdə onların ünvanlarına təhqir dolu ismarıclar göndərib.
"Qazilər Çay Ocağı" adlı məkanla bağlı maraqlanmaq üçün "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili, baş leytenant Namiq Alıyevlə danışdıq.
O, Demokrat.az-a açıqlamasında bildirib ki, həmin məkan deyildiyi qazilərimiz, şəhid ailələrinin üzvləri və ürəyi Vətən eşqiylə döyünən, bu uğruda canını qoyan hər kəs üçün açıqdır.
"Buna görə, çox təəssüf edirəm. Amma mən bu "Qazilər Çay Ocağı" ilə onu deyə bilərəm ki, heç də deyildiyi kimi deyil. Əksinə, ora gələn şəxslərə çay pulsuzdur. 6-8 çaynik çay içsə də ona deyən yoxdur ki, durun çıxın buradan. Hər kəs bir-birinə hörmət edir. Bizim "Qazilər Çay Ocağı"nın qapısında iki bayraq-Azərbaycan və Türkiyə bayraqları asılıb. Ora gələnlər iki bayrağın altdan keçir. Hər oğulun haqqı deyil o bayrağın altdan keçmək.
Çay ocağının daxilində Ali baş komandanımız cənab İlham Əliyevin, I vitse-prezidentimiz Mehriban xanım Əliyevanın şəkili var. Həmçinin, bizim rayonun icra başçısı ayda bir dəfə gəlib biz qazilərlə çay içir, söhbət edir. Mən şəxsim adına deyirəm. Mən özüm medallardan imtina etmiş adamam. Səbəb də torpaqlarımızın 20 faizi işğalda olarkən o medalı taxıb rahat gəzə bilmərəm.
Məndən də qat-qat üstün qardaşım bizim İctimai Birliyin Sədri qardaşımız Kamandar Məmmədov vətən uğrunda canından keçib. Hətta o yaralansa da yenidən döyüş bölgəsinə qayıtmış şəxsdir. Təəssüf edirəm ki, indi o onkoloji xəstəlikdən əziyyət çəkir.
Bir də onu vurğulayım ki, bizim çay ocağında olan şəxslər bir neçə gün öncə şəhid düşən qardaşımızın dəfn xərclərini qarşıladı, hətta cənazəsinin daşınmasında biz qazilər iştirak etmişik.
Amma Fuad Muradovun istəyi nədir, niyə o sözləri yazıb mən bilmirəm. Bu barədə onunla danışacam. Mən adəti halda "facebook"da bubarədə mübahisə edən şəxs deyiləm. Sadəcə mən onun etik şəkildə bizim çay ocağına çay içmətyə dəvət etmişdim. O isə elə cavab verib. Amma niyə elə yazıb bilmirəm, bu barədə danışmaq istəmirəm, özüylə danışıb, araşdıracam onun istəyini".
Əldə etdiyimiz məlumata görə, Fuad Muradov bir vaxtlar Əli Kərimli, İsa Qəmbər kimi müxalifət liderlərinin yaxın silahdaşı olmuş, hazırda özünü xeyriyyəçi kimi təqdim edən Arzuman Abdulkərimovun piar menecerliyini edir, köməkçisidir.
Onun bütün tədbirlərinin təşkilində iştirak edir. Hətta F.Muradov onun "Hilal Media" facebook səhifəsinin və youtube kanalını idarə edir.
Lamiyə Turan
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb