Əli Əhmədov ABŞ-a işgüzar səfərə gedib

img

12-07-2019 [10:08]


Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ABŞ-a işgüzar səfərə gedib.

Mia.az YAP-a istinadla xəbər verir ki, səfərdə məqsəd iyulun 15-də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə hesabatı BMT-yə təqdim etməkdir.

Konfrans BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında keçiriləcək.

Bu, Azərbaycanın təqdim edəcəyi sayca ikinci hesabatdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR