"Universitatya"nın baş məşqçisi: "Bu nəticədən sonra favorit bizik"

11-07-2019 [22:53]
"Bizim üçün çox yaxşı oyun oldu, 3 qol vurduq. Daha çox fərqlənə bilərdik. İki lazımsız qol buraxdıq".

"Report"un məlumatına görə, bunu Rumıniyanın "Universitatya" komandasının baş məşqçisi Korneliu Papure "Səbail" ilə Bakıda 3:2 hesabı ilə məğlub etdikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

45 yaşlı rumıniyalı mütəxəssis "ASCO Arena"da təşkil edilən mətbuat konfransında bildirib ki, nəticədən və komandasının çıxışından razı qalıb: "26 il sonra avrokubokda qalib gəldik. Bunun uğurlu başlanğıc olacağına ümid edirəm. Səfərdə 3 qol vurmuşuq. Bu nəticədən sonra favoritik. Amma önəmli olan konsentrasiyanı saxlamaqdır. Cavab oyununda rahatlamaq olmaz. Matça baxanda kifayət qədər şanslarımız vardı. Ancaq bəzi səhvlər də oldu. Mövsümün əvvəli olduğu üçün belə səhvlər normaldır. Əsas odur ki, bunları təkrarlamayaq".

Baş məşqçi iki qol buraxmaqlarından narazılığını ifadə edib.

Əlbəttə, qol buraxmadan qələbə qazanmağı fikirləşirsən. Öz səhvlərimizdən rəqib 2 top vurdu. Rəqibin heyətində yaxşı oyunçular var. Xüsusən də meydan mərkəzindəkiləri qeyd edərdim. Yevqeni Koçuk və kapitan Rahid Əmirquliyevin adlarını çəkə bilərəm. Konkret kimi öz komandama götürərdim? Bu barədə bir söz deyə bilmərəm".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.


SON XƏBƏRLƏR