Avropa Liqası: "Səbail" - "Universitatya" qarşılaşmasında 5 qol vuruldu

img

11-07-2019 [22:04]


Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Rumıniyanın "Universitatya" komandası ilə qarşılaşan "Səbail" uduzub.

Mia.az xəbər verir ki, oyunda hesabı 13-cü dəqiqədə qonaqlar açıb - 0:1.

Bundan 20 dəqiqə sonra komandamız hesaba tarazlıq gətirib - 1:1.

Lakin qonaqlar 51-ci və 67-ci dəqiqələrdə daha 2 qol vurublar.  Görüşün 82-ci dəqiqəsində Ramazanov hesabı 2:3 edib. 

Hesab bu nəticə ilə bitib - 2:3.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub