Prezident daha bir Baş redaktoru təltif etdi - Açıqlama

img

11-07-2019 [20:47]


Prezident İlham Əliyev "İki sahil" qəzətinin baş redaktoru Vüqar Rəhimzadənin təltif edilməsi barədə sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, o, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

Təltiflə bağlı açıqlama verən V.Rəhimzadə deyib ki, bu, onun üçün böyük şərəfdir: "Bu ali mükafata görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu mükafatı kiçik əməyimə, müstəqil Azərbaycanla həmyaşıd olan rəhbərlik etdiyim "İki sahil” qəzetinin 28 illik fəaliyyətinə verilən böyük dəyər kimi yüksək qiymətləndirirəm. 

Cənab Prezident! Şübhəsiz, Sizin bu yüksək etimadınız şəxsən mənim və "İki sahil” qəzetinin gələcək fəaliyyəti üçün böyük stimul olacaq. Bir daha Sizə dərin minnətdarlığımı ifadə edir, bundan sonra da Azərbaycanın gələcək inkişafı naminə həyata keçirdiyiniz uğurlu siyasətə var qüvvəmizlə dəstək olacağımızı bildirirəm.

Bir daha təşəkkürlər, cənab Prezident!

Tanrı Sizi qorusun, Tanrı Azərbaycanımızı qorusun!"

Digər xəbərlər
SON XƏBƏRLƏR