Prezident Əliməmməd Nuriyevi də təltif etdi

11-07-2019 [13:39]

Prezident İlham Əliyev Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyevi təltif edib.

Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

O, bildirib ki, bu gün Azərbyacan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığım Sərəncamla ilə təltif olunduğu "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalını alıb:

"Bu təltifə görə cənab Prezidentə təşəkkür edirəm".

Ə.Nuriyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ən böyük uğur hekayəsidi. Bu gündə bu uğur hekayəsi davam edir: "Uzun əsrlərdən bəri xaqlımızın azadlıq yanğısı, müstəqillik arzusu, qurub-yaratmaq, dövlətçilik potensialı Azərbaycan Xalq Cümhuriyyətinintimsalında, xalqımızın zəngin, mədəniyyətinə, milli ənənələrinə, möhtəşəm tarixinə layiq formada reallaşdı. Azərbaycan Xalq Cumhuriyyəti milli olduğu qədər bəşəriydi və o zaman üçün insan hüquq və azadlıqları, unversal dəyərlər, tərəqqipərvər amallar mükəmməl formada və real məzmunda Cumhuriyyətimizin fəaliyyətində əksini tapmışdı.

Çox xöşbəxtəm ki, dövlət müstəqilliyimizin bərpası prosesində fəal iştirakçı olmuşam, bu gün dövlət quruculuğu, dövlətçiliyimizin möhkəmlənməsində mümkün olan töhfəni verməyə çalışıram. Cümhuriyyətlə bağlı medalı ilə təltif olunmağım üzərimə əlavə məsuliyyət qoyur və yeni güc verir. Bu gün "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medallarının təqdim olunması qürur verir.

Allah Azərbaycanımızı qorusun!".



SON XƏBƏRLƏR
17:47 15.07.2019
O küləyi sevdim...