Daha 5 idmançımız cəzalandırıldı - Dopinqə görə

img

11-07-2019 [11:59]


Azərbaycanın daha 5 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.

Mia.az Azərbaycan Milli Antidopinq Agentliyinı istinadla xəbər verir ki, bunlar cüdoçular Rüfət İsmayılovla Aliyə Müslümova, eləcə də atlet Azər Əhmədov, velosipedçi Kiril Pozdnyakov və ağırlıqqaldıran Orxan Zeynalovdur.

Orqanizmində metilstenbolon maddəsi tapılan İsmayılov 1 illik diskvalifikasiyaya məruz qalıb. Onun cəzası 22 may 2018-ci il tarixindən hesablanıb və artıq həmin müddət başa çatıb. 

Aliyə Müslümov isə furosemid maddəsinə görə 24 aylıq cəzaya mərzu qalıb. Onun cəzası 11 aprel 2019-cu ildən hesablanmağa başlanıb.

Orqanizmində metandienon və mestanolon metabolitləri üzə çıxan Azər Əhmədovun da cəza müdddəti başa çatıb. Onun diskvalifikasiya dövrü 23 noyabr 2017 - 23 may 2019-cu ili əhatə edib.

Pozdnyakov metilfenidat metabolitinə görə 24 aylıq diskvalifikasiya məruz qalıb. Onun cəzası 11 may 2019-cu ildən hesablanıb və sanksiyanın son 6 ayı sınaq müddəti olacaq.

Ən ağır cəza isə Zeynalova verilib. O, orqanizmində müxtəlif endogen AAS (IRMS) və klenbuterol maddələri aşkarlandığı üçün 48 aylıq cəzalanıb. Ağırlıqqaldıranın diskvalifikasiyası 7 mart 2019-cu ildən hesablanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR