Avşarda əməliyyat: kənd sakininin evindən 10 kq-dan çox narkotik çıxdı

11-07-2019 [10:49]
Agcəbədi rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Avşar kənd sakini 49 yaşlı Mahir Rüstəmov saxlanılıb. 

Axtarış tədbirləri nəticəsində Mahir Rüstəmov üzərindən təmiz çəkisi 0.473 qram olan narkotik vasitə heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Ağcabədi rayon polis şöbəsini əmədaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mahir Rüstəmovun yaşadığı Aşağı Avşar kəndində fərdi yaşayış evinin həyatyanı torpaq sahəsindən 10 ədəd ümumi çəkisi 70 qram olan çətənə kolları və mənzilindən 10.500 kq qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


SON XƏBƏRLƏR