Tusk Batumidə: “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlıq daha da gücləndiriləcək”

11-07-2019 [10:34]
"Avropa İttifaqı "Şərq tərəfdaşlığı”na üzv ölkələrlə əməkdaşlığı daha da gücləndirəcək”.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Batumidə "Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O deyib ki, tərəfdaş ölkələrlə siyasi və iqtisadi inteqrasiyanın davam etdirilməsi və daha da gücləndirilməsi üçün yeni imkanlar nəzərdən keçiriləcək: "Əməkdaşlğın daha da güclü olması üçün dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti və biznes ictimaiyyətinin də dəstəyi tələb olunur. "Şərq tərəfdaşlığı” proqramının uğurlu olmasını gündəlik həyat təsdiq edir”.

Report


SON XƏBƏRLƏR