Qurban Qurbanovdan oyundan sonra açıqlama: "Bakıda buna hazır olmalıyıq"

img

10-07-2019 [23:47]


"Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar".

Mia.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Albaniyada "Partizani" ilə qolsuz heç-heçə etdikləri oyunundan sonra mətbuat konfransında deyib.

Qurbanov bildirib ki, rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaradıb: "Çünki azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. "Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR