Yerevan işıqsız qalıb - Ermənistanın enerji təhcizatı çökdü

img

10-07-2019 [14:45]


Ermənistan paytaxtı Yerevan şəhərinin elektrik təchizatında fasilə yaranıb və bununla əlaqədar hazırda metrodan sərnişinlər təxliyyə olunurlar.

"İnterfax” xəbər verir ki, paytaxtın hər yerində elektrik təchizatı dayandırıldığından telefon rabitəsi və internetdə də çətinliklər yaranıb.

"Ermənistan Elektrik Şəbəkələri” QSC-dan hadisənin səbəblərini müəyyənləşdirmək üçün yoxlamalar aparıldığını bildiriblər.

Baş nazir müavini Tiqran Aviniyan "Facebook” səhifəsində enerji sistemindəki qəza ucbatından Yerevan İES-in və Razdan İES-in 5-ci blokunun fəaliyyətini dayandırdığını açıqlayıb.

Baş nazir müavini İstilik Elektrik Stansiyalarında baş verən qəza ilə bağlı ölkə boyu elektrik təchizatının dayana biləcəyini bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR