Şamaxıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

09-07-2019 [23:40]
Şamaxıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mia.az "Report"a istinadla xəbər verir ki, "Mercedes" və "Ford" markalı avtomobillərin toqquşması zamanı 5 nəfər xəsarət alıb. 

Yaralılardan 4-ü Şamaxı Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan daha 1 nəfər - 1962-ci il təvəllüdlü Məmmədov Həsənağa Sultanağa oğlu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 


SON XƏBƏRLƏR